Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
Far.Az xəbər saytı

Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib


Şənbə günü Fransada keçirilən kütləvi etiraz aksiyalarında təxminən 106 min nəfər iştirak edib və onlardan təqribən 24 mini Parisdə olub.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatında deyilir.

Eyni zamanda, gənclər həmkarlar ittifaqları iştirakçıların sayını 200 min olaraq qiymətləndirir.

Nümayişlər zamanı bir sıra şəhərlərdə toqquşmalar baş verib. Lionda aksiya iştirakçıları zibil konteynerlərini yandırıb və ictimai nəqliyyat dayanacağına ziyan vurublar. Prefekturanın məlumatına görə, şəhərdə təxminən 8 min nəfər toplaşıb, halbuki "Solidaires" həmkarlar ittifaqı 15 min iştirakçının olduğunu bildirib. Axşama doğru Giyotyer rayonunda polislə toqquşmalar qeydə alınıb.

İcazəsiz nümayişin keçirildiyi Nantda polis toplaşanları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Atlantika Luarası departamenti prefekturasının məlumatına görə, axşama doğru 29 nəfər saxlanılıb.

Parisdə yürüşün əsas hissəsi sakit keçib, lakin aksiyanın sonunda Millət meydanı ərazisində qara geyimli insan qrupları ilə polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları səs qumbaraları və gözyaşardıcı qaz tətbiq ediblər. Paytaxtda 22-yə yaxın şəxs saxlanılıb.

"Vətənpərvərlər" partiyasının lideri Florian Filipponun təşkilatçılığı ilə Fransa paytaxtında keçirilən aksiyanın iştirakçıları həmçinin Prezident Emmanuel Makronun istefasını və Fransanın Aİ-dən çıxmasını tələb ediblər. Filippo çıxışı zamanı Aİ bayrağını cırıb.

Fransada 14 noyabr tarixində bahalaşma və digər sosial-siyasi vəziyyətlərlə bağlı narazılığın artması fonunda növbəti kütləvi etiraz aksiyaları başlayıb.

"Report" BFMTV-yə istinadən xəbər verir ki, Parisdə eyni vaxtda üç ayrı aksiya keçirilir: polisin silah tətbiq etmək hüququnun genişləndirilməsi haqqında qanun layihəsinə etiraz, uşaqlara qarşı zorakılığa qarşı beynəlxalq yürüş və "Sarı jiletlilər" hərəkatının mitinqi.

Paytaxt nümayişçilərinin yürüşü Respublika meydanından dinc şəkildə başlayıb, Bastiliya meydanından keçərək Millət meydanına qədər davam edib.

Fransa DİN-in məlumatına görə, gündüz saatlarında Paris ərazisində 55 aksiyada 9 minə yaxın adam iştirak edib, 23 nəfər saxlanılıb, 2 mindən çox yoxlama aparılıb.

Müxtəlif hesablamalara görə, Parisdəki etiraz aksiyalarında ümumilikdə 30 mindən 60 minə qədər insan iştirak edə bilər, bütün ölkə üzrə isə 50-dən 60-a qədər yürüş planlaşdırılıb. İctimai asayişi təmin etmək üçün hakimiyyət orqanları 70 minə yaxın polis və jandarm səfərbər edib.

Lion və Ruan da daxil olmaqla, bir sıra şəhərlərdə gərginliyin artması qeydə alınıb və nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nantda hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Eyni zamanda, Tuluzada nümayiş əsasən dinc şəraitdə keçib.

Etirazçılar yaşayış xərclərinin artmasına qarşı çıxış edir, əməkhaqqı və təqaüdlərin artırılmasını, təhsil şəraitinin yaxşılaşdırılmasını və sosial hüquqların müdafiəsini tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silahdan istifadəyə dair qanun layihəsi xüsusi narazılıq doğurur.

Davam edən etirazlar fonunda Fransa həmkarlar ittifaqları da 17 noyabr, çərşənbə axşamı günü ümumi tətilə çağırış edib.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər