EHF Avropa Kuboku: "Kür" komandası bu gün Şimali Makedoniya klubu ilə cavab oyununa çıxacaq
Far.Az xəbər saytı

EHF Avropa Kuboku: "Kür" komandası bu gün Şimali Makedoniya klubu ilə cavab oyununa çıxacaq


Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.

"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.

Tərəflər arasında ilk matç rəqib komandanın 27:24 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər