Əfran İsmayılov: "Sabah"ın "Mançester Yunayted"lə oyundan əvvəl istəkli olması sevindiricidir"
"Sabah" komandasının baş məşqçisinin və futbolçularının "Mançester Yunayted"lə oyundan əvvəl inamlı və istəkli olması sevindiricidir.
Bu barədə "Far.Az"a Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov açıqlama verib.
37 yaşlı keçmiş yarımmüdafiəçi tərəflər arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda İngiltərədə baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Sabah" ağır səfər oyununa çıxacaq. Qarşılaşmadan əvvəl açıqlamalara baxdım. Baş məşqçi və futbolçular inamlı, istəklidirlər. Bu da sevindirici haldır. Bunu meydanda da davam etdirə bilsələr, uğura imza ata bilərlər. "Old Trafford" stadionunda oynamaq da asan olmayacaq. Rəqibin baş məşqçisini yeni hesab etmək olar. Yaxşı transferlər də ediblər. Nəticə necə olsa da, "Sabah" artıq böyük uğura imza atıb və Liqa mərhələsindədir. Səfərdən 1 xalla qayıtsalar, möhtəşəm və tarixi nəticə olacaq. Bəlkə də inandırıcı səslənmir, amma ən azı bu nəticəni arzulayırıq".
Ə.İsmayılov Azərbaycan çempionunun qitənin bir nömrəli klub turnirində Liqa mərhələsinə yüksəlməsinin ölkə futbolu adına da böyük uğur olduğunu vurğulayıb:
"Hamımız bu nailiyyətə sevindik və onlara uğurlar arzulayırıq. Çətin rəqiblərlə üz-üzə gələcəklər. Bunu gözləmək olardı. Çünki komanda sonuncu səbətdə idi. Daha çətin rəqiblər də ola bilərdi".
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













