İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb
Far.Az xəbər saytı

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb


Toledoda (İspaniya) iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Faciə nəticəsində 100-ə yaxın insan yaralanıb, onlardan 53-ü xəstəxanadadır, 15 nəfərin vəziyyəti kritikdir.

Xatırladaq ki, İspaniyanın Toledo şəhərində iki qatarın toqquşmasından sonra 64 nəfər itkin düşüb.

Daha əvvəl bildirilib ki, ölənlər və xəsarət alanlar arasında Argentina, Yaponiya, Filippin, Cənubi Koreya və Çin vətəndaşları var.

Dəmir yolu qəzası oktyabrın 28-də İspaniyada "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib. İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib ki, qatarların ölümlə nəticələnən toqquşması siqnalizasiya sistemindəki nasazlıq və dispetçer mərkəzinin hərəkəti bərpa etmək qərarından sonra baş verib.

İnsidentlə əlaqədar oktyabrın 29-31-də matəm elan edilib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər