Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək
Qadın futbol klubları arasında ilk dünya çempionatı 2028-ci ildə ABŞ-də təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Turnir 2028-ci il yanvarın 5-dən 30-dək keçiriləcək.
FIFA qərarın ABŞ-nin beynəlxalq yarışların təşkili sahəsində təcrübəsi, inkişaf etmiş infrastrukturu və ölkədə qadın futboluna maraq nəzərə alınaraq qəbul edildiyini bildirib.
Turnirdə iştirak edəcək klublar dördillik təsnifat dövründə, yəni 2024 və 2027-ci illərdə başa çatan mövsümlər ərzində öz konfederasiyalarının əsas klub yarışlarında göstərdikləri nəticələrə əsasən müəyyənləşdiriləcək.
Qeyd edək ki, Avropanı turnirin final mərhələsində beş klub birbaşa təmsil edəcək. Daha bir Avropa klubu isə final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in mərhələsində mübarizə aparacaq. Asiya Futbol Konfederasiyası (AFC), Afrika Futbol Konfederasiyası (CAF), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), eləcə də Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) hər birinə iki birbaşa və bir pley-in vəsiqəsi ayrılacaq. Okeaniya Futbol Konfederasiyası (OFC) isə bir pley-in vəsiqəsi qazanacaq.
Pley-in mərhələsinin üç qalibi qrup mərhələsində mübarizə aparacaq 13 komandaya qoşulacaq.
FIFA qadın klubları arasında dünya çempionatının dörd ildən bir keçirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













