Azərbaycan və Çin "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatını müzakirə edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycan və Çin "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatını müzakirə edib - YENİLƏNİB


Azərbaycan və Çinin "China Energy" şirkəti arasında "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatı müzakirə edilib.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazovla "China Energy International Group"un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının gedişatı müzakirə edilib. Tədqiqatın modelləşdirmə mərhələsi, elektrik sisteminin təhlilinin tamamlanması və yekun hesabatın hazırlanması ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Qeyd olunub ki, tədqiqatın nəticələri şəbəkənin əlavə bərpa olunan enerji güclərini qəbul etmək imkanlarının müəyyənləşdirilməsi və növbəti bərpa olunan enerji layihələrinin mərhələli inkişafının planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin "China Energy"nin Azərbaycanda ilk investisiya layihəsi kimi nəzərdə tutulan 160 MVt gücündə günəş elektrik stansiyasının, habelə Xəzər dənizində külək enerjisi layihəsinin icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və "China Energy International Group" arasında Xəzər dənizində külək enerjisi üzrə əməkdaşlığın inkişafı müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"China Energy International Group"un icraçı prezidenti Lin Xiaodan ilə görüşdə Azərbaycanın elektrikenerjisi ötürmə şəbəkəsinin tədqiqatının yekunlaşdırılması və onun nəticələri əsasında bərpa olunan enerji layihələrinin inkişafı məsələlərini müzakirə etdik. Həmçinin şirkətin Azərbaycanda ilk investisiya layihəsi olan 160 MVt gücündə günəş elektrik stansiyasının icrası və Xəzər dənizində külək enerjisi üzrə əməkdaşlığın növbəti addımları barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər