İlham Əliyev: Yəhudi icması vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir
Yəhudi icması vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın yəhudi icmasına ünvanladığı təbrik məktubunda qeyd olunub.
Dövlət başçısı məktubunda vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır:
"Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər













