Beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib
Far.Az xəbər saytı

Beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib


Sentyabrın 11-dən 13-dək "See Breeze 2026" beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) "Far.Az"a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən ARAF-ın baş katibi Elvin Məmmədxanov turnirdə mübarizə aparacaq komandalara uğurlar arzulayıb.

Daha sonra "World polo" şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiya kollektivlərini ardıcıllıqla səhnəyə dəvət edib. Son olaraq komandalar kollektiv şəkil çəkdiriblər.

Qeyd edək ki, turnirin açılış oyununda qum üzərinə "Red Star" və "Sankt Moritz" komandaları çıxacaqlar. Bu matç sentyabrın 11-də, saat 16:00-da start götürəcək. Günün ikinci qarşılaşmasında isə yerli "Elit polo club" "Moscow polo club"la qarşılaşacaq. Turnirə sentyabrın 13-də yekun vurulacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər