"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
BAKU.WS xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.
"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək
***23:50
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk hissə bitib.
BAKU.WS xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesabda irəlidədirlər - 3:0.
Qarşılaşmanı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.
***23:48
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.
45-ci dəqiqədə Benyamin Şeşko qapını dəqiq nişan alıb.
***23:46
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
42-ci dəqiqədə Brunu Fernandeş fərqlənib.
***23:31
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk qol vurulub.
BAKU.WS xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar - 1:0.
27-ci dəqiqədə Mateus Kunya fərqlənib.
***23:00
"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxır.
BAKU.WS xəbər verir ki, təmsilçimiz ilk matçda İngiltərənin "Mançester Yunayted" klubunun qonağıdır.
İngiltərənin məşhur "Old Trafford" stadionunda keçirilən qarşılaşma başlayıb.
***21:53
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Mançester Yunayted": Semme Lannes, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş, Patrik Dorqu, Benyamin Şeşko
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda məğlub olur - YENİLƏNİR-5
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda fasiləyə məğlub yollanıb - CANLI YAYIM
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
-
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir
-
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
-
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb













