Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
"Sabah"ın "Mançester Yunayted" komandasına məğlubiyyəti böyük təcrübə deməkdir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Mançester Yunayted"lə (İngiltərə) I tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.
Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
"Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. "Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur. Buna görə də "Old Trafford"da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir. Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. "Mançester Yunayted" bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi. Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib













