Fərid Qayıbov: "Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır"
Far.Az xəbər saytı

Fərid Qayıbov: "Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır"


"Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır.

"Far.Az"un məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında bildirib.

O, bu il keçiriləcək Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb:

"Yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. "Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir".

F.Qayıbovun sözlərinə görə, bu yarış 2026-cı ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq:

"Qran-pri Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək".

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

Oxşar xəbərlər

"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Yaşlı azarkeşin Qurban Qurbanov arzusu gerçəkləşdi
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər