Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Far.Az xəbər saytı

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...


Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Qaydaya əsasən, mülkiyyətçilərə yeni binadan əvvəlki əmlaklarının mülkiyyət sənədlərində göstərilən sahəyə uyğun kompensasiya xarakterli mənzil və ya qeyri-yaşayış sahəsi təqdim edilməsi üzrə dövriyyələr vergidən azaddır.

Eyni zamanda, mülkiyyətçiyə əvvəlki əmlakından daha böyük sahə verildiyi halda, sökülmüş yaşayış və ya qeyri-yaşayış sahəsinin 20 faizi həddində əlavə sahə də bu güzəştə daxildir.

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililərdə isə sahə hakimiyyət nümayəndələrinin iştirakı ilə aidiyyəti orqanlar tərəfindən rəsmiləşdirilmiş sənədlər əsasında müəyyən edilir.

Beləliklə, sökülən binadakı əmlakın əvəzinə yeni tikilidən kompensasiya olaraq verilən sahə mülkiyyətçi üçün vergiyə cəlb olunan gəlir sayılmır.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər