Fariz İsmayılov: Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur
Far.Az xəbər saytı

Fariz İsmayılov: Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur


Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında qanun" layihəsinə yenidən baxmaq olar.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur:

"Çünki universitetlərdə daha çox çeviklik olmalı, universitetlər bazarın tələblərinə daha tez cavab verə bilməli, mütəxəssislərin yetişdirilməsində beynəlxalq standartlara daha uyğun olmalıdır. Bu mövzuda həm ictimai dinləmə təşkil etməliyik, həm də ali təhsil qanununa baxmağa ehtiyac var. Bilirəm ki, bu layihə müzakirə olunmuşdu, ona yenidən baxmaq olar".

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər