Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar
Far.Az xəbər saytı

Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar


Yollarda hər hansısa səbəbdən məhdudiyyət tətbiq edilə, təmir işləri aparıla və ya yol nəqliyyat hadisələri baş verə bilər. Belə hallarda nəqliyyat sıxlığının yaranması təbiidir. Lakin təəssüf ki, bəzi sürücülərin "Mən keçim, qalanı gözləsin" düşüncəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəli keçməsi yaranmış sıxlığın müddətini daha da artırır.

Far.Az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, belə hal ötən gün Surxanı rayonu, Hövsan (MİDA) yolunda yaşanıb. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən də göründüyü kimi, bir qisim sürücü alternativ yol kimi istifadə etdikləri bu yolda əks zolağa çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrini hərəkətini çətinləşdirib. Eyni zamanda irəlidə yolayrıcında bəzi sürücülərin qaydalara əməl etməməsi süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi, "Kənd Hövsan" istiqamətlərində nəqliyyatın hərəkəti bir müddət dayanıb. Yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yaranan xaotik vəziyyət aradan qaldırılıb.

Ömər Xıdırov qeyd edib ki, bu cür halların baş verməməsi üçün sürücülər yalnız yol hərəkəti qaydalarına əməl etməklə kifayətlənməməli, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmalıdırlar. Onun sözlərinə görə, yolda hər hansısa səbəbdən sıxlıq yarandığı zaman bütün sürücülər növbəyə riayət etsələr, irəli düşmək fikrindən çəkinib digərlərinin zolağına daxil olmasalar yollarda əlavə vaxt da itirməzlər. Bir sözlə, sürücülər sıxlıqdan çıxmaq istəyərkən sıxlığı daha da artırmamalıdırlar.

Oxşar xəbərlər

NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər