Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub
Far.Az xəbər saytı

Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub


Diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşa şəhərində Azərbaycanın tanınmış nümayəndələri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstləri ilə tanış olublar.

Far.Az "Report"a istinadən xəbər verir ki, diplomatlara bildirilib ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlər talan edilərək Ermənistana aparılıb və orada onları metal qırıntısı kimi əritməyə cəhd göstərilib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində abidələr Azərbaycana qaytarılıb.

Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa şəhəri işğaldan azad edildikdən sonra əvvəlki yerlərinə qaytarılıb.

Oxşar xəbərlər

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Bakıda Zəfər muzeyinin açılışı olub
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər