Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Milix Yevdayevə orden təqdim olunub.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin sədri Ramin Məmmədov bildirib ki, ölkədə dini tolerantlıq, fərqli konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.
R. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, zəngin dini mirasın yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının təşəbbüsü və diqqəti sayəsində tarix və mədəniyyətimizin mühüm nümunələri olan məscid, kilsə və sinaqoqlar əsaslı şəkildə bərpa edilir, yenidən qurulur və onların ilkin tarixi-memarlıq əlamətləri qorunur.
Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirir.
M. Yevdayev ona göstərilən diqqət və etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. O, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmasını həyatında mühüm əhəmiyyət daşıyan, eyni zamanda böyük şərəf və məsuliyyət doğuran hadisə kimi qiymətləndirib.
Xatırladaq ki, M. Yevdayev iyulun 25-də Prezidentin Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













