NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib".
"Far.Az" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Nəşr qeyd edib ki, texnologiya şirkətlərinin rəhbərləri və süni intellekt sistemlərini hazırlayan tədqiqatçılar arasında həmişə bu texnologiyanın bəşəriyyəti məhv etmək potensialı barədə xəbərdarlıq edən bir qrup mövcud olub.
"Dünyanın bir çox aparıcı tədqiqatçıları bu fikirlə razılaşmırlar. Onlar iddia edirlər ki, narahatlıqlar həddindən artıq şişirdilib", - materialda bildirilib.
Məqalə müəllifləri qeyd ediblər ki, süni intellektin inkişafı ilə bağlı potensial risklər həqiqətən də narahatlıq doğura bilər. Lakin onlar vurğulayıblar ki, bəşəriyyət onsuz da onun mövcudluğuna təsir göstərə biləcək bir çox qlobal təhdidlərlə üzləşir. Onların arasında iri asteroidlərin düşməsi, yeni pandemiyalar, termonüvə münaqişəsi, iqlim dəyişikliyi, günəş aktivliyinin püskürmələri, ekoloji fəlakətlər və yeni buzlaşma dövrünün başlama ehtimalı var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













