Rusiyada yol-nəqliyyat hadisəsində altı nəfər həlak olub
Rusiyanın Amur vilayətində avtomobilin yandığı yol-nəqliyyat hadisəsində altı nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə regional Daxili İşlər İdarəsindən bildirilib.
"Avtomobil qəzası nəticəsində dörd nəfər (hər iki avtomobilin sürücü və sərnişinləri) aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. "Toyota" avtomobilinin iki sərnişini xəstəxanaya çatdırılıb və sonradan onlar da orada dünyasını dəyişiblər", - idarənin "Telegram" kanalındakı məlumatında deyilir.
İlkin məlumatlara görə, qəza ötən gün axşam saatlarında Blaqoveşensk-Qomelevka avtomobil yolunun 41-ci kilometrliyində baş verib.
"Infiniti"nin sürücüsü qarşı hərəkət zolağına çıxaraq "Toyota Corona Premio" ilə toqquşub, zərbədən sonra birinci nəqliyyat vasitəsi alışıb.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
Oxşar xəbərlər
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının nəticələri açıqlanacaq
-
Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər
-
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













