Azərbaycanın voleybol klublarının Avropa kuboklarındakı oyun proqramı bəlli olub
2026/2027 mövsümündə Avropa kuboklarında təmsil olunacaq Azərbaycanın voleybol klublarının oyun proqramı müəyyənləşib.
Bu barədə "Far.Az"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq "Turan"ın qadın voleybolçulardan ibarət komandası ilk matçını oktyabrın 20-də saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost" (Zaqreb) klubuna qarşı keçirəcək. Cavab qarşılaşması oktyabrın 29-da saat 20:00-da Zaqrebdə olacaq.
Turnirdəki digər təmsilçi "Xilasedici"nin kişi voleybolçulardan ibarət komandası ilk görüşündə noyabrın 3-də saat 18:00-da Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Portuqaliyanın "Sportinq" (Lissabon) kollektivini qəbul edəcək. Tərəflər arasında cavab matçı noyabrın 11-də saat 19:30-da Lissabonda baş tutacaq.
CEV Çelenc Kubokunun 1/32 final mərhələsində yarışacaq "DH Volley"in qadın voleybolçulardan ibarət komandası oktyabrın 27-də saat 19:00-da Danimarkada "Holte" komandasının qonağı olacaq. Cavab oyunu noyabrın 5-də saat 18:00-da Bakıda, FHN-in idman zalında təşkil olunacaq.
"Ordu"nun kişi voleybolçulardan ibarət komandası isə ilk matçında noyabrın 11-də saat 19:30-da səfərdə Norveçin "Forde" klubu ilə üz-üzə gələcək. Bu cütün cavab görüşü noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













