Rumıniyanın "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulması müzakirə edilib
Far.Az xəbər saytı

Rumıniyanın "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulması müzakirə edilib


Azərbaycan və Rumıniya arasında təbii qaz təchizatı, neft və neft məhsullarının ticarəti, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf imkanları müzakirə edilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Buxarestdə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Dumitru Kisəlitsə ilə görüşüb.

Bildirilib ki, nazirlər "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrası üzrə növbəti addımları və iclasın nəticələrini müzakirə ediblər.

Türkiyənin layihəyə qoşulmasının əhəmiyyəti vurğulanıb. Birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Görüşdə, həmçinin Rumıniyanın "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulması perspektivi də nəzərdən keçirilib.

Oxşar xəbərlər

Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər