"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
Far.Az xəbər saytı

"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək


Qadınlardan ibarət "Turan" voleybol komandası İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışında olacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən məlumat verilib.

Hazırlıq prosesləri 12 sentyabr - 2 oktyabr aralığında baş tutacaq.

Ölkə çempionu bu gün artıq İtaliyanın Rumini şəhərinə yola düşür. "Turan" İtaliyanın "Talmassons", "Omag Consolini", "Meqavolley", Almaniyanın "VfB Suhl LOTTO Thüringen" kollektivləri ilə üz-üzə gələcək.

Komanda daha sonra sentyabrın 27-də Yananıstanın Santorini şəhərinə gedəcək. "Turan" sözügedən ölkədə "AO Thiras Santorini" klubu ilə yoxlama matçı keçirəcək.

Nəhayət komanda oktyabrın ilk günlərində Türkiyəyə yollanacaq və burada yerli "Fənərbağça" ilə qarşılaşacaq.

Xatırladaq ki, "Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost Zaqreb" ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər