İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
Far.Az xəbər saytı

İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib


Azərbaycan və İran prezidentlərinin Bişkekdə İstisu içməsi ilə bağlı formalaşmış ənənə Kəlbəcərdəki "İstisu" zavodunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu tərəfindən davam etdirilib.

Far.Az report-a istinadən xəbər verir ki, diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki "İstisu" zavoduna ziyarəti zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənənin davamı olaraq "İstisu" məhsulundan içiblər.

H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar:

"Başqa sözlə desək, bu ənənə ilə biz də qərara gəldik ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "İstisu" içək. Qardaş İran xalqına da "İstisu" suyunun çatdırılması yolunu birlikdə fikirləşəcəyik, əminik ki, onlar da bu dadı möhtəşəm qiymətləndirəcəklər".

Xatırladaq ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında maraqlı dialoq yaşanıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində keçirilən görüş zamanı dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib. Daha sonra Prezident İlham Əliyev həm Məsud Pezeşkian bu sudan içiblər.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər