Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər.
"Far.Az" xəbər verir ki, bu barədə türkiyəli diplomat Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə Dəməşqdə keçirilən danışıqlardan sonra bildirib.
"Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır. O, çoxdan belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Dəməşqdəki hazırkı təmaslar zamanı o, səfərə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun görə biləcəyi işlərlə tanış olub: "Bu baxımdan, mənim hazırkı səfərim mühüm əhəmiyyət daşıyır".
Fidan Ərdoğanın Suriyaya səfərinin dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, avqustun ortalarında Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













