Elçin Camallı: "İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir"
İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın "Elit polo club" komandasının üzvü Elçin Camallı jurnalistlərə açıqlamasında deyib.
O, "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olmaları barədə danışıb:
"İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir. Həqiqətən yarış çox yüksək səviyyədə keçdi. Turnirə çox ciddi hazırlaşmışdıq. Keçirdiyimiz təlim-məşq toplanışları və Argentinadan gətirdiyimiz atların qələbələrdə rolu böyük idi. Bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk.
Avropa çempionu olduqdan sonra Prezident İlham Əliyevin qəbulunda olarkən o bizə bildirdi ki, qələbə qazanmaq çətindir, lakin zirvədəki yeri qorumaq ondan da çətindir. Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq".
Qeyd edək ki, İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanan Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub.
Oxşar xəbərlər
Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub
"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
"Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Qazaxıstan və Türkiyə readmissiya sazişi imzalayıblar













