Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər"
Far.Az xəbər saytı

Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər"


Sosial şəbəkələrdə tanış olduğu şəxsləri qətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror ittiham aktını elan edib.

Röyal İsmayılov ittihamla özünü təqsirli hesab edib.

Aktda bildirilir ki, R.İsmayılov sosial şəbəkələrdə tanış olduğu cinsi azlıq nümayəndələri - Orxan Umayev və "Günel Allahverdiyeva" (Cavid Allahverdiyev) ilə ayrı-ayrılıqda görüş təyin edib. Buna görə Tovuz rayonundan Bakının Binə qəsəbəsinə gələrək qabaqcadan hazırladığı bıçağı da özü ilə götürərək ilk olaraq Orxan Umayevlə görüşməyə gedib.

Röyal İsmayılov Nərimanov rayonu Ziya Bünyadov prospektindəki hotellərdən birində Orxan Umayevlə görüşüb, hotelin daxilindəki pilləkanları qalxarkən bıçaqla ona bir neçə zərbə endirərək hadisə yerindən qaçıb. Orxan Umayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan sonra Röyal İsmayılov razılaşdırdığı kimi, digər şəxs - Cavid Allahverdiyevlə görüşməyə gedib.

Nəsimi rayonunun ərazisindəki danışdıqları ünvana çatarkən "Günel Allahverdiyeva"nın yaşadığı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığı üçün əməlini həyata keçirə bilməyib.

Təqsirləndirilən ifadəsi zamanı hər iki şəxslə qabaqcadan məqsədyönlü şəkildə danışaraq görüşdüyünü deyib. Röyal İsmayılov ifadəsi zamanı vurğulayıb ki, həmin şəxsləri öldürmək üçün qabaqcadan plan qurub. Bunun səbəbini cinsi azlıqların cəmiyyətdə azyaşlılar və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri ilə əlaqələndirilib.

Qeyd edək ki, hadisə 2026-cı ilin fevralında Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Röyal İsmayılova qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Şabranda hotelin fəaliyyəti dayandırıldı - yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər