KPMG: Qlobal minimum vergi qaydaları şəraitində Azərbaycan investisiya strategiyasını yeniləyir
Azərbaycan hökuməti transmilli şirkətlərin vergidən yayınmasının qarşısını almağa yönəlmiş BEPS 2.0 qlobal vergi islahatına uyğun təşviqlərlə ölkənin investisiya cəlbediciliyini artırır.
Bunu "Report"a açıqlamasında "KPMG Azərbaycan" şirkətinin vergi üzrə partnyoru Rizvan Qubiyev bildirib.
Onun sözlərinə görə, bu təşviqlər investisiyaların xüsusilə bərpa olunan enerji, logistika, emal sənayesi, neft-kimya, aqrobiznes, texnologiya və turizm infrastrukturu kimi prioritet sahələrə yönəldilməsinə xidmət edir.
"Bu kontekstdə hökumət elmi-tədqiqat və inkişaf, yaşıl texnologiyalar, ixrac yönümlü istehsal və rəqəmsal transformasiya kimi fəaliyyətlər üçün sürətləndirilmiş amortizasiya, kapital xərcləri üzrə vergi güzəştləri, investisiya ilə əlaqəli vergi çıxılmaları, eləcə də geri qaytarılan və ya ödənilən vergi kreditlərindən istifadənin daha da təşviq edilməsinə diqqət yetirir. Bu cür alətlər mənfəət üzrə effektiv vergi dərəcəsini sadəcə azaltmaq əvəzinə, real biznes xərclərini və kapitalın formalaşmasını dəstəklədiyi üçün "Pillar Two" çərçivəsi ilə daha uyğun hesab olunur", - deyə o qeyd edib.
"Yeni beynəlxalq vergi mühiti böyük transmilli şirkətlər üçün aşağı vergi dərəcələri və vergi tətilləri kimi ənənəvi vergi təşviqlərinin effektivliyini azaltdığı üçün Azərbaycan özünü sabitlik, strateji çıxış imkanları və real investisiyaları dəstəkləməyə yönəlmiş məqsədyönlü təşviq tədbirləri təklif edən yurisdiksiya kimi mövqeləndirir. Bu yanaşma həm də ölkə iqtisadiyyatının neft və qaz sektorundan kənarda şaxələndirilməsi və uzunmüddətli, yüksək keyfiyyətli birbaşa xarici investisiyaların cəlb edilməsi kimi daha geniş iqtisadi məqsədlərlə tam uyğun gəlir", - deyə ekspert vurğulayıb.
O qeyd edib ki, Azərbaycan hökuməti BEPS 2.0 çərçivəsində getdikcə daha böyük əhəmiyyət qazanan, real iqtisadi fəaliyyətə əsaslanan investisiya siyasətinə də xüsusi diqqət yetirir.
"Pillar Two" qaydalarında əməkhaqqı fondu və maddi aktivlər nəzərə alındığından, Azərbaycan iş yerlərinin yaradılması, işçi qüvvəsinin hazırlanması, sənaye obyektlərinin yaradılması və yerli əməliyyat potensialının inkişafı ilə əlaqəli tədbirlər vasitəsilə investorları ölkədə real iqtisadi fəaliyyət qurmağa fəal şəkildə təşviq edir. Azərbaycan vətəndaşlarının işə götürülməsi və təliminə daha geniş dəstəyin göstərilməsi, universitetlər və texniki təhsil müəssisələri ilə əməkdaşlıq, habelə maşın və avadanlıqlara, istehsal müəssisələrinə və xidmət mərkəzlərinə investisiyalar üçün stimullar Azərbaycanın rəqabət qabiliyyətini gücləndirməklə yanaşı, yerli bacarıqların və sənayenin inkişafına da dəstək verir", - R.Qubiyev bildirib.
Onun fikrincə, Azərbaycan vergi sistemindən əlavə, investorların qərar qəbuletmə prosesində getdikcə daha böyük əhəmiyyət kəsb edən qeyri-vergi təşviqləri vasitəsilə də üstünlüklərini artırır.
"Hökumətin fəal rolu sənaye zonalarının genişləndirilməsini, infrastrukturun investisiyalara hazırlıq səviyyəsinin yüksəldilməsini, inzibati prosedurların sadələşdirilməsini, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasını, torpaq sahələrinə və kommunal xidmətlərə çıxışın təmin edilməsini, eləcə də investorlara "bir pəncərə" prinsipi əsasında göstərilən xidmətlərin təkmilləşdirilməsini əhatə edir.
Azərbaycanın əsas regional ticarət və nəqliyyat marşrutları üzərində yerləşən strateji mövqeyi ona təbii üstünlük verir. Hökumətin logistika qovşaqlarına, tranzit yönümlü layihələrə, anbar təsərrüfatına və əlavə dəyər yaradan emal fəaliyyətlərinə dəstəyi ölkəni Avropa ilə Asiya arasında regional platforma axtaran investorlar üçün xüsusilə cəlbedici edir", - deyə o bildirib.
R.Qubiyev sonda vurğulayıb ki, BEPS 2.0 şəraitində Azərbaycanın ən uğurlu yanaşması ölkəni aşağı vergi dərəcələri təklif edən yurisdiksiya kimi deyil, real investisiya layihələri üçün məqsədyönlü stimullar, hüquqi sabitlik, strateji bağlantılar və hökumətlə səmərəli tərəfdaşlıq imkanları təqdim edən ölkə kimi mövqeləndirməkdir.
"Bu baxımdan hökumət "Pillar Two" ilə uzlaşan vergi çərçivəsi, yerli minimum əlavə verginin (QDMTT) tətbiqinin nəzərdən keçirilməsi, investisiyalar üçün əlverişli xərclərin bərpası qaydaları, əməkhaqqı və təlimə dəstək, habelə praktiki qeyri-vergi təşviqi tədbirləri əsasında daha rəqabətli investisiya mühiti formalaşdıra bilər.
Belə bir yanaşma investorlara aydın mesaj verir: qlobal vergi mühiti dəyişsə də, Azərbaycan ölkəyə real kapital, iş yerləri və qabaqcıl bilik gətirən bizneslər üçün rəqabətqabiliyyətli, müasir və əlverişli mühit yaratmaqda qərarlıdır", - deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA













