Azərbaycanın turizm xidmətləri balansında I yarımildə 47 milyon dollarlıq profisit yaranıb
Bu ilin I yarısında Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin dəyəri 1,4 milyard ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azdır.
Hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixracın dəyəri təxminən 747,8 milyon ABŞ dolları olmaqla 700,6 milyon dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 47,2 milyon ABŞ dolları profisit yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10,3 % artıb.
Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 75,9 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













