"Guba Open 2026" turnirinin qalibi Misrətdin İskəndərov: "Bu nəticə mənim üçün gözlənilməz olmadı"
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalının qalibi olan Misrətdin İskəndərov üçün bu nəticə gözlənilməz olmayıb.
Bunu "Far.Az"a açıqlamasında şahmatçı özü bildirib.
O, qalibi olduğu yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:
"Yarışda çempion olacağımı gözləyirdim, bu nəticə mənim üçün sürpriz olmadı. Nəzərə alaq ki, yarışın favoritlərindən biri idim. Turnirin maraqlı keçdiyini söyləyə bilərəm. Maraqlı qarşılaşmalar oldu. Hələ ki qarşıda beynəlxaq turnirim yoxdur. Lakin gələn il Azərbaycan çempionatında uğurlu çıxış etmək istəyirəm. FIDE reytinqimi 2600-a çatdırmağı planlaşdırıram".
Qeyd edək ki, A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov "Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalının qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə ikinci yeri tutub. Mixail Mozharov (FIDE) 6,5 xalla ilk "üçlüy"ü qapayıb.
Turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Mükafat fondu 24 420 manat olan festivalda klassik, rapid, blits yarışları və norma turnirləri təşkil olunub.
Oxşar xəbərlər
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













