"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Far.Az xəbər saytı

"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub


Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan "Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunub.

A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov "Guba Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə ikinci yeri tutub. Mixail Mozharov (FIDE) 6,5 xalla ilk "üçlüy"ü qapayıb.

B turnirində 8 xal toplayan Əli Məmmədov birinci olub. Hərəyə 7 xal toplayan Emin Gəncəliyev və Anar Bağışov 2-3-cü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rüstəm Rüstəmov rapiddə, Xaqan Əhməd isə blitsdə qalib adını qazanıb.

Xatırladaq ki, turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Mükafat fondu 24 420 manat olan festivalda klassik, rapid, blits yarışları və norma turnirləri təşkil olunub.

"Azərbaycan Şahmat Turu" çərçivəsində keçiriləcək növbəti yarış "Ganja Open" olacaq. Nizami yurdunda festival oktyabrın 11-18-də baş tutacaq.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər