COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib
COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib.
"Report" xəbər verir ki, COP29 konfrans məkanı Bakı Stadionunda keçirilən brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və xarici əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit COP29-un əməliyyat aspektləri haqqında ən son məlumatları təqdim ediblər.
Brifinqdə beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə də daxil olmaqla vacib məsələlər əhatə olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəfləri, konfrans zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün görülən tədbirlər barədə məlumat verib. Brifinqdə həmçinin COP29 Mavi və Yaşıl Zonalarında mövcud müxtəlif sahələr, burada fəaliyyəti qurulan iaşə və digər məntəqələr və ərazilər barədə ətraflı məlumat verilib, eləcə də çoxsaylı ziyarətçi axının idarə edilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.
Brifinqin ikinci hissəsində xarici ölkələrin nümayəndə heyətlərinin üzvlərinin sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və s. mövzularda sualları cavablandırılıb.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ
Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verilib - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













