"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
"Alpin" komandasının pilotu Franko Kolapinto "Formula 1" üzrə Meksika Qran-prisinin yekununda 10 saniyəlik cəza alıb.
"Far.Az" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb argentinalı sürücünün yarış zamanı sarı bayraqlar zonasında sürəti kifayət qədər azaltmayaraq idman reqlamentini pozması olub.
Telemetriya və videoqeydlər araşdırıldıqdan sonra stüardlar idmançının tələbə əməl etmədiyi qənaətinə gəliblər. 10 saniyəlik sanksiya ilə yanaşı, onun superlisenziyasına 1 cəza xalı yazılıb və son 12 aydakı xallarının sayı 5-ə çatıb.
Analoji qayda pozuntusuna görə komandanın digər üzvü Pyer Qasli də cəzalandırılıb. Fransalı təmsilçi 30 saniyəlik cəza alıb və nəticədə "Alpin"in hər iki sürücüsü ilk "onluq"dakı mövqeyini itirib.
Qeyd edək ki, Meksika Qran-prisində "Red Bull"dan Maks Ferstappen qalib gəlib, "Ferrari"nin sürücüsü Lyuis Hemilton ikinci, "Mersedes"dən Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.
Oxşar xəbərlər
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
"Formula 1": Maks Ferstappen liderliyini davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













