Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib
Far.Az xəbər saytı

Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib


Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndlərində yeni inşa olunan tam orta ümumtəhsil məktəblərinin binaları Bilik Günü münasibətilə istifadəyə verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, sözügedən məktəb binalarının açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, həm Musalı, həm də Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbləri 180 şagird yerlik və iki mərtəbəlidir. Məktəblərdə sinif otağıları ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.

Həmçinin qapalı idman zalı ilə yanaşı, məktəblərin həyətyanı ərazilərində müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi də salınıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər