INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
Qərbi Balkanda fəaliyyət göstərən transmilli cinayət şəbəkələri regionun hüdudlarından kənarda da ABŞ vətəndaşları üçün təhlükə yaradır.
"Far.Az"un Ballan bürosu xəbər verir ki, bu barədə Amerika rəsmilərinin Serbiyanın "Tələbə siyahısı"nın nümayəndələri ilə görüşündə ABŞ Dövlət Departamentinin Beynəlxalq narkotiklə mübarizə və hüquq-mühafizə məsələləri Bürosunun (Bureau of International Narcotics and Law Enforcement Affairs – INL) əməkdaşları bildiriblər.
Qeyd olunub ki, tələbə hərəkatının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətindəki səyləri INL-in Serbiyada həyata keçirdiyi fəaliyyətləri tamamlayır.
Bununla belə, ABŞ tərəfi görüşdə müzakirə olunan məsələlər və tələbələrin cinayətkarlığa qarşı mübarizə sahəsindəki konkret fəaliyyətləri barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, görüşdə ABŞ nümayəndə heyətinə dövlət katibinin (Marko Rubio-red.) köməkçisi Brendan Hanrahan başçılıq edib.
Xatırladaq ki, INL ABŞ Dövlət Departamentinin struktur bölməsidir. Büronun əsas fəaliyyət istiqamətlərinə beynəlxalq cinayətkarlıq və qanunsuz narkotik dövriyyəsi ilə mübarizə, habelə tərəfdaş ölkələrdə məhkəmə və hüquq-mühafizə institutlarının gücləndirilməsi daxildir.
🇺🇸🤝🇷🇸 A visit focused on dialogue, partnership, and the future! Assistant Secretary Brendan Hanrahan @StateEUR wrapped up his visit to Belgrade after engaging with our Serbian partners on shared priorities, opportunities ahead, and ways to further strengthen U.S.-Serbia relations.
— Američka ambasada (@USEmbassySerbia) November 13, 2026
Oxşar xəbərlər
Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













