STAR NEZ Türkiyədə sentyabrda 25 min tondan çox LPG istehsal edib
Far.Az xəbər saytı

STAR NEZ Türkiyədə sentyabrda 25 min tondan çox LPG istehsal edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunda (NEZ) bu ilin sentyabr ayında 25 min 385 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edilib.

Bu barədə "Far.Az" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilib ki, STAR NEZ-də 2025-ci ilin sentyabr ayında istehsal olunan həcmlə müqayisədə 2,4 % (625 ton) azalma müşahidə olunub.

Hesabata əsasən, bu ilin sentyabr ayında Türkiyədəki neft emalı zavodlarında LPG üzrə ümumi xalis istehsal həcmi 108 min 013 ton təşkil edib. Bu, bir il öncəki sentyabr ayı ilə müqayisədə 6 min 516 ton və ya 6,4 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
STAR NEZ Türkiyədə LPG istehsalında lider olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər