Türkiyəli deputat: "Qars–İğdır–Dilucu dəmir yolu nəqliyyat əlaqələrinin inkişafına xidmət edəcək"
Far.Az xəbər saytı

Türkiyəli deputat: "Qars–İğdır–Dilucu dəmir yolu nəqliyyat əlaqələrinin inkişafına xidmət edəcək"


Qars–İğdır–Dilucu dəmir yolu xətti Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bunu "Report"un Naxçıvan bürosuna Türkiyə Böyük Millət Məclisinin Qarsdan olan millət vəkili Adem Çalkın bildirib.

Onun sözlərinə görə, bu dəmir yolu xətti Naxçıvan, Ordubad və daha sonra Bakı istiqamətində dəmir yolu bağlantısının formalaşması baxımından böyük əhəmiyyət daşıyır: "Layihə yalnız nəqliyyat nöqteyi-nəzərdən deyil, həm də iqtisadi baxımdan da mühüm imkanlar vəd edir. Onun istifadəyə verilməsi ilə sərnişin və yük daşımalarının asanlaşması, regional ticarət dövriyyəsinin artması və daşınma xərclərinin azalması gözlənilir".

Qars Turizm Birliyinin rəhbəri Halit Özer isə qeyd edib ki, bu yaxınlarda açıqlan Qars–Bakı aviareysləri bölgəyə marağı artırıb. O qeyd edib ki, dəmir yolu daşımalarının da fəaliyyətə başlaması Qars, İğdır və ətraf rayonların turizm və iqtisadiyyatına əlavə dəyər qazandıra bilər.

Ümumiyyətlə, Qars–İğdır–Dilucu dəmir yolu xətti Türkiyənin Orta Dəhlizə çıxış imkanlarını da genişləndirə bilər. Naxçıvan üzərindən formalaşacaq bağlantı Azərbaycanı daha geniş regional nəqliyyat şəbəkəsinə bağlayaraq ölkənin tranzit mövqeyinin möhkəmlənməsinə imkan yarada bilər.

Beləliklə, Qars–İğdır–Dilucu dəmir yolu layihəsi nəqliyyat, ticarət, turizm və investisiya imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan–Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm regional layihələrdən birinə çevrilir.

Qeyd edək ki, 224 kilometrlik Qarsdan İğdır və Dilucuya uzanan dəmir yolu xətti Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Dəmir yolu xətti Qarsdan başlayaraq Digor, Tuzluca, İğdır və Aralıq ərazilərindən keçərək Dilucu sərhəd qapısına qədər uzanacaq. Tuzluca ərazisində layihə çərçivəsində körpü və digər infrastruktur işləri həyata keçirilir. Qars və İğdır istiqamətində aparılan tikinti işləri dəmir yolu bağlantısının real müstəvidə formalaşdığını göstərir.

2025-ci ilin avqustunda təməli qoyulan layihə üzrə hazırda tunellərin qazılması, viadüklərin və digər dəmir yolu infrastrukturunun inşası davam etdirilir. İşlərin 24 saatlıq rejimdə aparılır. Qatarların maksimal sürətinin saatda 160 kilometrədək olması planlaşdırılır.

Oxşar xəbərlər

"Mənəvi birliyimiz savaşa qalib gələcək" – Zəngəzur dəhlizinin hissəsi olan İğdırdan və qarlı Qarsdan REPORTAJ
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər