Ankarada Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü qeyd olunub
Ankarada Bakının erməni-bolşevik işğalından azad olunmasının 108-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində tədbir keçirilib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Qafqaz İslam Ordusuna ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Mərasimdə Türkiyə milli müdafiə naziri Yaşar Gülər çıxış edib, daha sonra "Lalələr" Qafqaz rəqs qrupu və Mehtər taqımının ifasında kompozisiya təqdim edilib.
Ardınca Şuşa Konqres Mərkəzində keçirilən "Bir millət, iki dövlət: 1918-ci ildə qanla möhürlənmiş qardaşlıq" adlı tədbirdə TADİV sədri Aygün Attar açılış nitqi ilə çıxış edib. O, Bakının erməni-bolşevik işğalından azad edilməsini XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biri adlandırıb.
Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında Türkiyə ilə Azərbaycanın tarix boyu bir-birinə həm siyasi, həm də hərbi dəstək verdiyini vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsini Azərbaycanın istiqlal tarixində mühüm bir hadisə kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Yaşar Gülər Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə o dövrdə Azərbaycanın suverenliyinin gücləndirilməsinə və ərazi bütövlüyünün təmin olunmasına zəmin yaradıldığını qeyd edib.
Sonra Türkiyə Milli Müdafiə Nazirliyinin Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi və İkinci Qarabağ müharibəsi ilə bağlı hazırladığı iki videoklip nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsindən sonra Ankara Opera və Balet Teatrı solistlərinin iştirakı ilə "Çırpınırdı Qara dəniz" adlı konsert proqramı təqdim olunub.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













