Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir - RƏY
Prezident İlham Əliyevin Avropa Parlamentini "rüşvətxorlar yuvası" adlandırması Avropa strukturlarının Azərbaycana qarşı uzun illər nümayiş etdirdiyi ikili standartlara verilən siyasi qiymətdir.
Bunu "Far.Az"a açıqlamasında deputat Vasif Qafarov Prezident İlham Əliyevin bu gün TDT-nin Baş katibini, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığı və Azərbaycan ərazilərinin genişmiqyaslı dağıntılara məruz qaldığı təxminən 30 illik dövr ərzində beynəlxalq təşkilatlar, o cümlədən Avropa strukturları işğalçıya qarşı real və təsirli siyasi təzyiq göstərməyib:
"Amma Azərbaycan öz gücü ilə işğala son qoyub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra məhz ölkəmizə qarşı müxtəlif təzyiqlər və ittihamlar səsləndirilməyə başlanıldı".
"Prezidentin Avropa Parlamentinə münasibətdə səsləndirdiyi sərt fikirlərin mahiyyətində məhz bu ikili standartların və qərəzli siyasətin ifşası dayanır. Uzun illər Ermənistanın işğalçılıq siyasətinə münasibətdə susan, işğalçının adını açıq şəkildə çəkməkdən yayınan və müxtəlif qətnamələrlə Ermənistana siyasi dəstək nümayiş etdirən dairələrin bu gün Azərbaycanı ittiham etməsi ciddi siyasi ziddiyyət yaradır", – deputat vurğulayıb.
O bildirib ki, Prezidentin "rüşvətxorlar yuvası" ifadəsi Avropa Parlamentinin obyektivlik və ədalət prinsiplərindən uzaqlaşmasına, eləcə də bu qurum ətrafında illərdir gündəmə gətirilən korrupsiya qalmaqallarına diqqət çəkən sərt siyasi mesajdır.
Deputatın sözlərinə görə, Avropa Şurasının da Ermənistanın işğal siyasətinə münasibətdə tutduğu mövqe Azərbaycanın haqlı narazılığını şərtləndirən amillərdən biridir.
"Azərbaycan 30 il ərzində beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözlədi. Lakin həmin müddətdə işğalın aradan qaldırılması üçün lazımi siyasi iradə nümayiş etdirilmədi. Nəticədə Azərbaycan öz gücünə, ordusuna və milli iradəsinə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi", – V.Qafarov deyib.
O əlavə edib ki, Azərbaycanın mövqeyi beynəlxalq münasibətlərdə ədalət, qarşılıqlılıq və suverenliyə hörmət prinsiplərinin təmin olunmasına əsaslanır.
"Ermənistanın işğalçılıq siyasətinə illərlə göz yuman dairələrin bu gün Azərbaycanı ittiham etməsi riyakarlıqdır və qəbuledilməzdir", – deputat bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub













