Emin Hüseynov: Ağdam sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir
Far.Az xəbər saytı

Emin Hüseynov: Ağdam sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir


Əgər Ağdam şəhəri vaxtilə dağıntı və kədərin simvolu, "Qafqazın Hiroşiması" kimi xarakterizə olunurdusa, bu gün o, sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.

O, həmçinin qeyd edib ki, Ağdam şəhər məscidi Qarabağın bütün simvollarını özündə birləşdirməklə yanaşı, yerli sakinlər və şəhərə səfər edən insanlar üçün mühüm ibadət və ziyarət mərkəzidir.

"Həmçinin XVIII əsrə aid Ağdam rayonunun Yusifcanlı kənd məscidinin, Qarabağ xan sülaləsinə aid türbələrin yerləşdiyi İmarət Tarix-Memarlıq Muzeyi Kompleksinin bərpası da Azərbaycan dövlətinin dini-mədəni irsimizə həssas münasibətinin nümunəsidir", - E.Hüseynov vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bölmə iclasları keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər