AK Parti rəsmisi sahibkarları Türk İnvestisiya Fondunun imkanlarından yararlanmağa çağırıb
Far.Az xəbər saytı

AK Parti rəsmisi sahibkarları Türk İnvestisiya Fondunun imkanlarından yararlanmağa çağırıb


Türk İnvestisiya Fondunun fəaliyyətinin daha səmərəli təşkili və imkanlarının genişləndirilməsi planlaşdırılır.

Bunu "Far.Az"a açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, Ankara millət vəkili Kürşad Zorlu deyib.

Onun sözlərinə görə, Türk İnvestisiya Fondu hazırda müəyyən kapital bazasına malikdir və layihə müraciətlərini qəbul edir.

"Mən bu platformadan Türk dövlətlərində fəaliyyət göstərən bütün sahibkarlara və investorlara müraciətimi çatdırmaq istəyirəm. Bu kontekstdə ikitərəfli və çoxtərəfli layihələr çərçivəsində Türk İnvestisiya Fondunun imkanlarından yararlana bilərsiniz. Qarşıdakı dövrdə İnvestisiya Fondunu daha effektiv və səmərəli formaya gətirməyi nəzərdə tuturuq", - deyə o bildirib.

Qeyd edək ki, Türk İnvestisiya Fondu Türk dövlətləri tərəfindən birgə təsis edilmiş, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur.

Fondun Təsis Sazişi 16 mart 2023-cü ildə Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü ildə qüvvəyə minib.

Türk İnvestisiya Fondunun ümumi inkişaf və rifahın təmin olunmasına yönəldiləcək 600 milyon ABŞ dolları həcmində nizamnamə kapitalı var. Fond "Türk Dünyasının İqtisadi İnteqrasiyası" baxışı çərçivəsində investisiyaların, innovativ həllərin və regional inteqrasiyanın təşviqinə xidmət edir.

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər