Tata Beridze: "Azərbaycan auditdə region üçün institusional inkişaf nümunəsidir"
Azərbaycan audit sahəsində bütün region üçün institusional inkişaf nümunəsidir.
"Far.Az" xəbər verir ki, bu barədə Gürcüstan Mühasiblər Birliyinin prezidenti Tata Beridze Azerbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, bu inkişafın arxasında isə insanlar, ehtiyac, nəbz və bu gün peşədə baş verənlərin dərk edilməsi dayanır: "Azərbaycan Prezidentinin bugünkü müraciət məktubu hamımıza göstərdi ki, bu hər bir ölkə üçün nə qədər vacibdir və bu gün burada bizimlə birlikdə dayanan hər bir insanın əməyi nə qədər əhəmiyyətlidir. İnsanın intellektual əməyini şərəfli etmək, onun intellektual inkişafını dəstəkləmək, yalnız rəqəmlərin dəqiqliyini deyil, həm də bu işlə məşğul olan insanın həyatını göstərmək vacibdir. Bunun üçün institutlar və daimi inkişaf lazımdır".
T. Beridze qeyd edib ki, bu sahədə hazırda ən ciddi çətinliklərdən biri süni intellektin inteqrasiyası, şəffaflıq, etibarlı audit və insanlarla bağlı məsələlərdir: "Düşünürəm ki, təşkilatlarımızın missiyaları son nəticədə bir nöqtədə birləşir. Bu peşədə işləyən və yaşayan insanların hüquqlarının müdafiəsi. Gəlin razılaşaq, demək olar ki, hamımız sadəcə işləmirik, peşəmizdə və peşəmizlə yaşayırıq. Bu işlə yaşamaq və ya sadəcə işləmək bunlar ayrılmaz şeylərdir. Humanizm və peşəkar təşkilatların ittifaqlarımızın üzvü olan hər bir insanın həyatını daha yaxşı və daha inamlı etmək imkanı ön plana çıxır".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













