Özbəkistan son 10 ildə TDT ölkələrindən 12 milyard dollar kapital cəlb edib
2016-2025-ci illərdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri Özbəkistan iqtisadiyyatına 12 milyard ABŞ dolları investisiya qoyub, bunun 4 milyard ABŞ dolları ötən ilin payına düşüb.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Prezident Administrasiyası nəzdindəki İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin (CERR) Makroiqtisadi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Fazliddin Nəsriddinov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Özbəkistanda TDT ölkələrinin kapitalı ilə 4,5 mindən çox müəssisə fəaliyyət göstərir.
"Birlikdə işləyə biləcəyimiz sahələrdən ilk olaraq ticarət-investisiya sahəsini qeyd etmək istərdim. Ölkələrimiz arasındakı istifadə olunmamış ticarət imkanlarını, mövcud maneələri sistemli şəkildə müəyyən etmək üçün birgə TDT Ticarət Potensialının Qiymətləndirilməsi Çərçivəsini təklif edirik. Bundan başqa, biz TDT Əlaqələndiricilik və Ticarətin Asanlaşdırılması Effektivliyi İndeksini, həmçinin hər üzv dövlətə tərəqqini izləməyə və problemli məqamları müəyyən etməyə imkan verən illik regional qiymətləndirmə kartını təklif edirik. Həmçinin sərhədkeçmə üzrə rəqəmsal sistemlərimizdəki boşluqları müəyyən etmək və onların aradan qaldırılması üçün ortaq yol xəritəsi hazırlamaq məqsədilə TDT Rəqəmsal Ticarət Uyğunluğunun Qiymətləndirilməsini təklif edirik", - deyə F.Nəsriddinov qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













