Azərbaycan Rusiyadan 7 ayda buğda tədarükünü 6 dəfəyə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan Rusiyadan 7 ayda buğda tədarükünü 6 dəfəyə yaxın artırıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycana 143,457 milyon ABŞ dolları dəyərində 631 min 686 ton buğda gətirilib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 2,3 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 115,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,6 dəfə çox) 505 min 999 ton (+5,8 dəfə), Qazaxıstandan 28,18 milyon ABŞ dolları dəyərində (-76 %) 125 min 685 ton (-77,5 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2 %) 1,6 ton (-81,3 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.

Təkcə iyulda Azərbaycan 46 633 min ton, o cümlədən Rusiyadan 42 min 144 ton buğda idxal edib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 5,8 % və 59 % çoxdur.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.

Oxşar xəbərlər

İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
İrandan Azərbaycana indiyədək 3 505 nəfər təxliyə olunub
Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.07.2026)
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər