Nazir müavini: "Məhsul şəhadətnaməsi subsidiya məsələsində nəzərə alına bilər"
Məhsul şəhadətnaməsi məhsul subsidiyasının ödənilməsində nəzərə alına bilər.
"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, kiçik və orta fermerlərin qorunması baxımından şəffaflıq, öhdəliyin və məbləğin əvvəlcədən bilinməsi vacibdir: "Bəli, qiymətli kağızda məhsulun hansı həcmdə və hansı keyfiyyətdə təhvil veriləcəyi göstəriləcək. Haqlıyıq ki, müxtəlif keyfiyyətdə məhsul ola bilər. Yəni, tədarükçü necə buğda istəyir? Ərzaqlıq buğda yoxsa yem üçün istifadə oluna bilən buğda? Bu səbəbdən qiymətli kağızda məhsulun həcmi ilə yanaşı, digər xüsusiyyətləri də ehtiva edəcək. Təbii ki, bu, qarşılıqlı razılıqla sənədin üzərində ifadə ediləcək və şəffaflıq təmin olunacaq. Ölkə prezidentinin faiz subsidiyası ilə bağlı fərmanı var və fermerlərimizə verilən birillik kreditlər üzrə faizlərin dövlət tərəfindən qarşılanması mexanizmi bu il də tətbiq olunacaq. Qiymətli kağız isə ümumiyyətlə ticarət sferasında fermerə əlavə dəstəkləyici mexanizm olacaq. Ümid edirik ki, müəyyən kontekstdə biz də bunu təşviq edə bilərik".
Bundan başqa, nazir müavini deyib ki, fermerin həddindən artıq borclanmasının qarşısını almaq üçün onlara limit qoyulacaq. "Kredit götürmək istəyən fermer onu bir gün geri ödəməli olduğunu bilir. Yəni bu, artıq şüurlu prosesdir. Az məhsul halında qiymət dəyişiklikləri riskdir. Az məhsul olduqda da, məhsul olmadıqda da, məhsul şəhadətnaməsi prosesə dəstəkləyici bir mexanizmdir. Məhsul çox olduqda isə nə ola bilər? Bəli, əlavə müqaviləyə gedə bilərlər, əlavə satınalma edə bilərlər. Qarşı tərəf istəsə, əlavə məhsulu da satın ala bilər, amma istəməsə, satın almaz. Bu da fermerin həddindən artıq borclanmasının qarşısını almaq üçün limit qoyulması məsələsidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub













