Xankəndi bayrama hazırlaşır
Far.Az xəbər saytı

Xankəndi bayrama hazırlaşır


20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə keçiriləcək tədbirə hazırlıq işləri davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Far.Az-ə verilən məlumata görə, sentyabrın 20-də Xankəndi şəhərində şəhər günü münasibətilə geniş konsert proqramının keçirilməsi nəzərdə tutulur.

Hazırda tədbirin yüksək səviyyədə təşkili məqsədilə şəhərdə müvafiq hazırlıq, abadlıq və təşkilati işlər həyata keçirilir. Konsertin keçiriləcəyi ərazidə texniki hazırlıq işləri görülür, ictimai asayişin və nizam-intizamın təmin edilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasını müəyyən edib. 20 sentyabr, həmçinin, Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Müvafiq Sərəncam Prezident İlham Əliyev tərəfindən 2024-cü il sentyabrın 19-da imzalanıb.

Xatırladaq ki, Vətən müharibəsində əldə edilmiş zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib. Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bölgədə yeni yaşayış məntəqələri salınır, müasir sosial və nəqliyyat infrastrukturu yaradılır, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü təmin edilir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Xankəndidə Zəfər atəşfəşanlığı
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər