Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
Naxçıvan şəhərində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Velo Fest" velosiped festivalı keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, festivaldan əvvəl peşəkar velosipedçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Ordubad–Naxçıvan marşrutu üzrə 96 km, daha sonra şəhər daxilində həvəskarlarla birlikdə 7 km məsafə qət ediblər.
Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova velosiped idmanının, sağlam həyat tərzinin və ekoloji nəqliyyatın təşviqinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda təşkilatçılara və fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub. Festival çərçivəsində konsert proqramı, fotosərgi, rəsm master-klası, maarifləndirici təlim və viktorinalar da təşkil edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var













