Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026" titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidən "ilin ən bahalı toyu" adlanan məclis cütlüyə 500 milyon rubla (10 milyon manatdan çox) başa gələcək.
Mərasimdə çıxış edəcək 26 ulduzun qonorarları, rayderləri və logistika xərcləri üçün 350 milyon rubldan çox vəsait ayrılacaq. Toyun oktyabrın 1-2-də "Al Maya Island & Resort" istirahət məkanında keçirilməsi planlaşdırılır. Qonaqların məkana qayıqlarla çatdırılması nəzərdə tutulur.
Sənətçilər Dubaydakı beşulduzlu "Le Royal Meridien" kurort hotelində yerləşdiriləcəklər. Proqramda Sergey Lazarev, "Tatu", Valeri Leontyev, Basta, Stas Mixaylov, Lyubov Uspenskaya, İrina Alleqrova, "Leninqrad", "Diskoteka Avariya", "Mumiy Troll" və Yuri Antonovun çıxışları yer alır. Qriqori Leps həm ifaçı, həm də tədbirin aparıcısı olacaq. 250 milyon rubldan çox vəsait sənətçilərin qonorarlarına, təxminən 50 milyon rubl rayderlərə, daha 30 milyon rubl isə uçuş və transfer xərclərinə sərf olunacaq.
Nəşrin məlumatına görə, özəl adanın toy üçün hazırlanmasına təxminən üç gün lazım olacaq. Büdcədə canlı güllər və dekorasiyalar üçün təxminən 50 milyon rubl, menyu və toy tortu üçün isə 20 milyon rubl nəzərdə tutulub.
Valentina "Super.ru"ya açıqlamasında yayılan iddialara münasibət bildirib:
"Hazırda heç bir toy planlaşdırılmır. Bəli, münasibətim var. Bu barədə dəfələrlə danışmışam. Bir neçə gün əvvəl də sevgilimlə video paylaşmışdım. Amma indiki zamanda 500 milyon rublluq toy xəbərlərini oxumaq, əlbəttə ki, gülməlidir".
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
63 yaşlı Qriqori Leps 19 yaşlı sevgilisi ilə evlənir? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib













