Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Far.Az xəbər saytı

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"


Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub.

BAKU.WS xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədən asılı olaraq fərqli qarşılanmasının normal olduğunu bildirib:

"Hər kəsə hörmətim var. Kim tənqid edirsə, özü bilər. Bəyənən də var olsun. Artıq bu güllə ürəkdən atılıb, onu arxaya qaytara bilmərik. Bu mahnı ürəkdən gələn bir şeydir və mənim də xoşuma gəlib. Kim bəyənmirsə, Allah işlərini avand etsin. Hər kəsin öz işidir".

Xalq artisti mahnının sözləri və Üzeyir Mehdizadə ilə əməkdaşlığı barədə də danışıb:

"Mahnının sözləri mənim könlümə yatdı. Həm də Üzeyir bizim qardaşımızdır. Mən də istədim ki, muğamı bir az gəncləşdirim".

Oxşar xəbərlər

Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycanlı məşhurlar ilk dəfə duet oxudular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər