Suriyada baş verən partlayışlar nəticəsində dörd nəfər xəsarət alıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Suriyada baş verən partlayışlar nəticəsində dörd nəfər xəsarət alıb - YENİLƏNİB


Suriyanın Hələb şəhərinin cənub hissəsində, Əl-Eysdən qərbdə yerləşən Əl-Hədəbə ərazisində baş verən partlayışlar nəticəsində dörd nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, partlayış şəhərin yaxınlığında yerləşən və Suriya Ərəb Ordusuna məxsus obyektdə baş verib. Hadisənin təfərrüatları araşdırılır.

Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsinin Hələb üzrə əməliyyatlar komandanı Faysal Məhəmməd Əli bildirib ki, partlayışlar təcili yardım briqadalarının və xilasedicilərin hadisə yerinə daxil olmasına mane olub.

Daha sonra əraziyə mülki müdafiə dəstələri cəlb olunub və dörd yaralını təxliyə ediblər. Digər bölmələr yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib.

Ehtiyat tədbiri olaraq, Hələbin daxili təhlükəsizlik qüvvələri şəxsi heyəti yüksək hazırlıq vəziyyətinə gətirib, Hələb-Dəməşq magistral yolunu, eləcə də hadisə yerinə gedən yolları bağlayıblar.

Hələb qubernatoru Əzzam əl-Qərib sakinləri hadisə yerinə yaxınlaşmaqdan çəkinməyə çağırıb.

Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib.

"Report"un məlumatına görə, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub.

Davam edən partlayışlar xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerinə yaxınlaşmasına mane olur. Təhlükənin davam etməsi səbəbindən sakinlərə partlayışların baş verdiyi əraziyə yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların sayı barədə hələlik məlumat daxil olmayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycanlı həkim Türkiyədə küçənin ortasında yaralını xilas etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər