Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Far.Az xəbər saytı

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib


Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb.

Bu barədə "Far.Az"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti görüşdə İştvan Szaka (Macarıstan) ilə qarşılaşacaq.

Malik Həsənov (65 kq) da adını 1/4 finala yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Rumen Rumenovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Boksçu ilk raundda tam üstünlüklə qələbə qazanıb. Həsənov üçüncü görüşündə Elvin Əliyevlə (Ukrayna) gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) də yarışa uğurla başlayıb. Dünya Kubokunun sahibi 1/8 finalda Nikolay Burdiujaya (Moldova) qalib gəlib. Abdullayev rəqibini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, 1/4 finalda Omar Şiha (Norveç) ilə qüvvəsini sınayacaq.

Hər 3 görüş sentyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, sentyabrın 25-də yekun vurulacaq yarışda daha öncə 2 boksçumuz adını 1/4 finala yazdırıb.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər