Zakir İbrahimov: "2030-cu ilə qədər "AzerGold"un illik dövriyyəsi 1 milyard manata çatdırılacaq"
Far.Az xəbər saytı

Zakir İbrahimov: "2030-cu ilə qədər "AzerGold"un illik dövriyyəsi 1 milyard manata çatdırılacaq"


Əsas hədəf "AzerGold" QSC-ni 2030-cu ilə qədər illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir.

"Report" xəbər verir ki, bunu "AzerGold"in İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"AzerGold"un 2024-cü ildə gəlirləri və yerli banklardan cəlb edilmiş vəsait hesabına qurulan çəndə qələviləşdirmə zavodu tam gücü ilə istismara verildi və bununla da "Çovdar" yatağının sulfid filizlərinin emalı təşkil edildi. Həmin ildən, eyni zamanda, "AzerGold" Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövləti təmsil etmək səlahiyyətlərini də həyata keçirməyə başladı. Cari ildə "AzerGold" Qafqazın ən böyük qızıl yataqlarından biri olan "Söyüdlü" yatağında – "Zod" yatağında fəaliyyətə başladı. Artıq ərazidə hasilatın təşkili ilə bağlı üstaçma işləri aparılır. Eyni zamanda, "AzerGold"a həmin cari ildə qeyri-filiz yataqları üzrə operator statusu da həvalə edildi.

Beləliklə, 10 il ərzində "AzerGold" qızıl hasil edən şirkətdən geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahəsini əhatə edən çoxşaxəli və inteqrə olunmuş milli dağ-mədən şirkətinə çevrildi. Qarşıdakı mərhələdə "AzerGold"u 2030-cu ilə qədər illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirmək məqsədilə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlir və borc vəsaitləri hesabına, həmçinin özəl investisiyaya üstünlük veriləcək. Nəticədə əsas məqsədimiz gəlir və məşğulluq göstəricisinə görə "AzerGold"u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər